Dünyanın ən zəngin adamı bir gecədə 7 mlrd. dollara yaxın pul itirib

“Amazon” şirkətinin rəhbəri və icraçı direktoru Ceff Bezos şirkətin kotirovkalarının enməsi səbəbindən bir gecədə 6,9 mlrd. ABŞ dolları itirib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunun nəticəsində o, dünyanın ən zəngin adamları siyahısındakı lider mövqeyi itirib və hazırda siyahıya “Microsoft” korporasiyasının yaradıcısı Bill Geytsə başçılıq edir. Cümə axşamı satış bazarlarının bağlanmasından sonra “Amazon” ilin III rübü üzrə hesabatını açıqlayıb ki, hesabatda xalis mənfəətin 26% azalaraq 2,1 mlrd. dollara düşdüyü əks olunub.
“Forbes”ın məlumatına görə, C. Bezosun bu fonda sərvəti 111 mlrd. dollardan 103,9 mlrd. dollara enib. Hazırda B. Geyts 105,7 mlrd. dollarla dünyanın ən zəngin insanları siyahısında birinci yerdə qərarlaşıb.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












