DYP-dən 17 yaşlı qızın yol polisi tərəfindən vurulmasına MÜNASİBƏT

Sosial şəbəkələrdə Rauf Xankişiyev adlı şəxs xalası qızının avtomobil ilə vurulması ilə bağlı məlumat paylaşıb. Avtosfer.az xəbər verir ki, vətəndaş xalası qızının yol polisi tərəfindən vurulduğunu idda edir. “Mən bu xəbərə necə başlıq yazım bilmirəm. Bu mənim xalam qızıdır. 17 yaşlı 1-ci kurs tələbəsi Solmaz. Dünən səhər instituta getmək üçün piyada keçidindən yolu keçərkən şərəfsiz Muşfiqabad qəsəbə Dövlət Yol Polis postuna tələsən DYP kapitanı öz şəxsi maşını ilə 60 yazılan yerdə 100-lə bu mələyi vurub. Solmaz 10 metr göydə fırlanıb başı üstə düşüb. Nəticədə Solmaz yerindəcə dünyasını dəyişib. Bizim qanunu bunlar belə qoruyurlarsa bəs biz vətəndaşlar nə etməliyik?!”
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, oktyabr ayının 9-u, səhər saat 07:50 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun 21-ci kilometrində piyadanın vurulması ilə nəticələnən hadisə baş verib. 90 DH 530 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin sürücüsü Solmaz Abdullayeva adlı piyadanı vurub. Nəticədə piyada yerindəcə dünyasını dəyişib.
Rüfət Quliyev onu da bildirib ki, hadisəni törədən şəxs vaxtilə Daxili İşlər Orqanlarında çalışıb, sabiq polis əməkdaşıdır və hazırda təqaüddədir.
Orxan
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












