DYP-dən Dilarə Kazımovanın klipi ilə bağlı açıqlama - "Evakuator üstündə çəkilib, amma..."

Müğənni Dilarə Kazımova klip çəkilişi zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Avtosfer.az xəbər verir ki, klip çəkilişi zamanı müğənni sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmir, əllərini sükandan çəkərək ayağa qalxır və başını avtomobilin lyukundan çıxarır. Onunla birlikdə avtomobildə olan sərnişin qadınlar da tez-tez yer dəyişərək, sükana əyləşib qaydalara zidd hərəkətlər ediblər. Bu görüntülər sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, görüntülərdə nəqliyyat vasitəsinin hərəkətdə olmadığı və evakuator üzərində olduğu görünür.
"Lakin bu halda belə, avtomobil üzərində yol hərəkəti qaydalarına zidd və təhlükəli hərəkətlərin reklam xarakterli çəkilişlərdə nümayiş etdirilməsi düzgün deyil və ictimaiyyətə, xüsusilə də gənclərə, yanlış mesaj verir. Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi bu kimi davranışlardan çəkinməyə və yol hərəkəti qaydalarının pozulmasını təbliğ edən təqdimatlardan uzaq durmağa çağırır.
Fidan
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












