DYP-nin saxladığı avtomobilin sərnişinindən narkotik aşkarlanıb - Salyan postunda

Yol polisinin saxladığı sürücü hadisə yerindən qaçıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.
Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Emin
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti













