Əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb - Bakıda

Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a daxil olan məlumata görə, zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.
9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri – Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar da varsa bu barədə DİN-in “102” Xidmətinə, həmçinin ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












