Ekspert qəza səbəbini açıqladı: drenaj xətti - VİDEO

Bu gün Qaradağ rayonunda 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 nömrəli avtobusun qəza etməsində səbəb həm də yolun hərəkət hissəsinə yaxın olan drenaj xəttidir. Belə drenaj quyuları dəfələrlə qəzalara səbəb olub və ya qəza riski yaradıb.
Avtosfer.az xəbər verir ki. bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı bu gün Qaradağ rayonunda sərnişinlərin yaralanması ilə nəticələnən avtobusun qəza nəticəsində drenaj xəttinə düşməsi ilə bağlı danışarkən deyib.
E.Muradlı bildirib ki, yol kənarlarında belə drenaj xətlərinin olması risklidir: “Bu gün içi sərnişinlə dolu olan bir avtobus qəzasına səbəb olan yol kənarındakı drenaj xətləri də magistrallar üçün təhlükəlidir. Yol kənarında təbii ki, drenaj xətləri ola bilər. Ancaq bu, yolun hərəkət hissəsindən bir neçə metr aralıda olmalıdır. Mən bu təcrübəni ilk dəfə Sumqayıt şəhərində görmüşəm. Bu, istənilən halda yol üçün təhlükəli bir şeydir. Bir az sürətlə hərəkət edən avtomobilin bir təkəri ora girsə, maşının aşma ehtimalı yüksəkdir. Ən yaxşı halda avtomobil yolda qalacaq və maddi zərər görəcək”.
Ekspert bildirib ki, drenaj xətti olan yollarda hər hansısa sürücünün halı pisləşsə, avtomobili saxlamağa yer tapmayacaq: “Təsəvvür edin, avtomobillə hərəkət edən birinin həmin yolda olarkən ürəyi sıxılır və ya avtomobili anidən nasazlaşır. Maşını yol kənarına çəkmək lazım gəlir. Ancaq drenaj xəttinin olması səbəbindən bu mümkün olmur. Belə olduğu halda sürücü yolun hərəkət hissəsində saxlayaraq arxadan gələn maşınlar üçün təhlükə yaradacaq. Kənara verəcəyi halda isə maşın drenaj xəttinə düşəcək. Elə bu da həm qəza riskidir, həm də təhlükəli şəraitdir. Bu gün Bakının yol təsərrüfatında bu cür natamam yanaşmalar çoxdur”.
Bu küçədə hərəkət birtərəfli olacaq - Avtomobillər bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya








