Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək

“28 May”–“Nizami” istiqamətində metro hərəkətinin müvəqqəti dayandırılması paytaxtda ictimai nəqliyyatın üzərinə ciddi əlavə yük qoyacaq. Xüsusilə səhər və axşam pik saatlarında bu iki stansiya arasında hərəkət edən sərnişinlərin əhəmiyyətli hissəsinin avtobuslara yönələcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılacaq. Sərnişinlərin alternativ nəqliyyatla təmin olunması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avqustun 14-dən 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Yeni ekspres marşrutlar əsasən sərnişinlərin metrodan metroya daha sürətli keçidini təmin etmək məqsədi daşıyır. M1 “Elmlər Akademiyası”–“28 May”, M2 “İnşaatçılar”–“Nizami”–“28 May”, M3 “20 Yanvar”–“Nizami”–“28 May”, M4 “20 Yanvar”–“Koroğlu”, M5 “20 Yanvar”–“Gənclik”, M6 isə “Elmlər Akademiyası”–“Gənclik” istiqamətində fəaliyyət göstərəcək. Marşrutların hərəkət qrafikinin metro rejiminə uyğunlaşdırıldığı və avtobusların 06:00-dan 00:00-dək işləyəcəyi bildirilib. Bəs 6 ekspres marşrut yaranacaq əlavə sərnişin axınının öhdəsindən gəlmək üçün kifayət edəcəkmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələ sabahdan etibarən daha aydın bilinəcək:

"Ən azı vəziyyəti təhlil etmək lazımdır ki, insanlar bu prosesi nə dərəcədə qavrayıblar və əvvəlcədən verilən məlumatlara nə qədər əlçatanlıq təmin olunub. Sabah bir çox insan sosial şəbəkələrdə və digər platformalarda paylaşım edərək “metro bağlanır, bizim xəbərimiz yoxdur” kimi fikirlər səsləndirə bilər. Halbuki bu proses barədə günlərdir, hətta bir neçə aydır danışılır və son bir neçə gündə bununla bağlı məlumatlar kütləvi şəkildə yayılır.
Təbii ki, bəzi insanlar bu məlumatlara diqqət yetirməyə bilər. Lakin sərnişin axını ilə bağlı indidən fikir söyləmək hələ tezdir. Sabah vəziyyəti təhlil etmək lazımdır”.
Ekpsert əlavə olaraq qeyd edib ki, bəlkə də müəyyən müddətdən sonra proses daha dəqiq təhlil ediləcək və ümumiyyətlə, bu qədər əlavə nəqliyyat yükünə ehtiyac olmadığı məlum olacaq:
“Ona görə düşünürəm ki, tələsməkdənsə, sabah nə baş verəcəyini analiz etmək və nəticələrə uyğun qərar vermək lazımdır".
Fatimə
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












