Elektron siqaret çəkənlərin NƏZƏRİNƏ!

Avstraliyalı onkoloqlar tərəfindən aparılan genişmiqyaslı və əhatəli araşdırma göstərib ki, veyplər (elektron siqaretlər) ağciyər və ağız xərçənginə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Carcinogenesis" elmi jurnalında məqalə dərc edilib.
Tədqiqata rəhbərlik edən Yeni Cənubi Uels Universitetinin professoru, onkoloq Bernard Stüart elektron siqaretlərin xərçəng yaratmasına dair beş əsas dəlil təqdim edib. Professor Stüartın rəhbərlik etdiyi alimlər qrupu 2017-2025-ci illər ərzində dərc edilmiş bütün elmi məlumatları təhlil edərək aşağıdakı beş qrupu müəyyən ediblər:
1. Tərkibindəki kanserogenlər: Elektron siqaretlərin yaydığı aerozolun tərkibində kanserogen xüsusiyyətlərə malik mürəkkəb kimyəvi maddələr (nitrozaminlər, nikotin törəmələri, uçucu üzvi birləşmələr, müəyyən metallar və ətirləndiricilər) var.
2. Orqanizm tərəfindən mənimsənilmə: Veypdən istifadə zamanı bu maddələr havaya uçmur, birbaşa orqanizm tərəfindən mənimsənilir. Bunu istifadəçilərin qan və sidik analizləri də təsdiqləyir.
3. DNT mutasiyaları: Alimlər müəyyən ediblər ki, veyp ağız boşluğu və ağciyər hüceyrələrində dəyişikliklərə səbəb olur. Kanserogenlərin təsiri ilə bu hüceyrələrdə DNT mutasiyaları aşkar edilib.
4. Xərçəng biomarkerləri: Veyp istifadəçilərinin toxumalarında spesifik molekullar və ya şişin inkişafından xəbər verən hüceyrə dəyişiklikləri (biomarkerlər) tapılıb. Bu, yaxın gələcəkdə şişin yaranma potensialının göstəricisidir.
5. Klinik və eksperimental sübutlar: Siçanlar üzərində aparılan təcrübələr aerozolların ağciyər xərçənginə səbəb olduğunu sübut edib. Bundan əlavə, stomatoloqlar artıq ağız boşluğu xərçənginə tutulan veyperlərlə bağlı rəsmi klinik qeydlər aparırlar.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












