“Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir”

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti stansiyaların girişində əlilliyi olan şəxslərin metro xidmətlərindən istifadə etməsi üçün şəraitin yaradılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq bir neçə aydır bununla bağlı xüsusi xidmət fəaliyyət göstərir: "Bu barədə Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məlumatlar dərc edilir. Belə ki, əlilliyi olan şəxslər, eləcə də digər səbəblərdən pilləkənlərdən enə bilməyən, eskalatorla düşmək qabiliyyəti olmayan şəxslər Metropolitenin xüsusi xidmətindən istifadə edə bilər. İstifadə qaydası isə çox sadədir. Vətəndaş mobil tətbiq (Mobile Appilication) vasitəsilə bu xidməti sifariş edə bilər. Sifariş əsasında isə hansı imkanlar varsa, o imkanlardan istifadə edilərək vətəndaşa yardım göstərilir. 24 saat öncədən tutmuş, 1 saat öncəyə qədər sifariş qəbul edilir və həmin şəxs metronun girişində qarşılanaraq istədiyi mənzilə qədər rahat şəkildə yola salınır. Bunun üçün qatarlarda da müvafiq yerlər ayrılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, metropoliten əlil arabaları da alıb. Biz bu xidmətin monitorinqini də aparırıq, sərnişinlər çox rahat və şəffaf şəkildə heç bir problemsiz bu xidmətdən istifadə edirlər. Gələcəkdə isə bu xidmətin daha da təkmilləşdirilməsi və inkişaf etidilməsi nəzərdə tutulub".
Metropoliten rəsmisi əlavə edib ki, bu məlumatı yayan şəxslərin ya bu xidmətdən məlumatları yoxdur, ya da bunu hansısa başqa bir məqsədlə ediblər: "Bizim belə bir xidmətimiz var və bu xidmət könüllü şəkildə vətəndaşlar tərəfindən istifadə edilir".
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











