Elmir Vəlizadə: “Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib”

“Azərbaycanda nəqliyyat sektoru əsas prioritet elan olunub”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Tbilisi İpək Yolu Forumunun “Avropaya qoşulmaq” mövzusunda keçirilən paneldə çıxışında bildirib.
Onun sözlərinə görə, nəqliyyat sahəsi dövlətin inkişafı üçün yüksək prioritetə məxsusdur: “Son 15 ildə Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib. Ölkədə yüksək standartlara cavab verən yollar inşa edilir. Azərbaycanı Gürcüstanla əlaqələndirən belə yol artıq var. İranla yolların inkişafı istiqamətində işlər aparılır. Hazırda Rusiya istiqamətində bu cür yeni yol inşa edilir”.
Nazir müavini Azərbaycanda dəmir yolu, dəniz və hava nəqliyyatı sahəsinin inkişafında əldə olunan nailiyyətlərə də toxunub.
E.Vəlizadə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük regional nailiyyət olduğunu qeyd edib.
Fərid
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











