Elşad Hacıyev: “Sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır”

“Polisin fəaliyyətinin səmərəlilik əmsalı cəmiyyətin təhlükəsizlik səviyyəsi ilə ölçülür. Polis bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir. Təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan – münaqişəli ailələrin, çətin tərbiyə olunan uşaqların, narkomaniya və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizədə profilaktika, maarifləndirmə işinin genişlənməsi ilə bağlı fəal iş aparır”.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə mətbuata açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, fəaliyyətin genişlənməsi və uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır: “Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, “mənlik deyil” deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?! Məsuliyyət “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındadırsa, yaxud mənəvi öhdəlikdirsə, insan öz hərəkət və əməllərinə görə cavabdehlik daşıyır”.
E.Hacıyevin sözlərinə görə, sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır ki, cəmiyyəti narahat edən sosial-neqativ hallara qarşı mübarizədə polis-vətəndaş həmrəyliyi effektiv olsun.
Namiq
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












