Əmək normalarına dair seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Binəqədi rayonunda “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Xidmətin ərazisində (Abşeron və Binəqədi rayonu) fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlər və işçilər iştirak edib.
Bildirilib ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Seminarda mövzu ilə bağlı ətraflı məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












