"Epşteyn sənədləri"ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR

Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər dünya mediasında müzakirə olunmaqda davam edir.
Minlərlə səhifədən ibarət materiallarda Epşteynin müxtəlif ölkələrdə siyasi və ictimai dairələrlə mümkün əlaqələri, səfər planları və təşkilati yazışmaları yer alır. Xəbər verdiyimiz kimi, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, Epşteyn sənədlərində yer alan məlumatlara əsasən, 2014-cü ildə ABŞ Konqres üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri üçün hazırlanan gündəlikdə bir sıra azərbaycanlı rəsmi şəxslərin adları qeyd olunub. Sənədlərdə göstərilir ki, səfərin gündəliyi “Humpty Dumpty Institute” (HDİ) tərəfindən hazırlanıb. İnstitutun rəhbəri Cozef Merantedir və bu ad Epşteynə aid e-maillərdə keçən adlarla uyğunluq təşkil edir.

HDİ-nin rəsmi saytında yayımlanan məlumata görə, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub. Gündəlikdə ABŞ Konqres nümayəndələrinin Bakıda bir sıra rəsmi və ictimai şəxslərlə görüşləri nəzərdə tutulub. Həmin siyahıda sabiq xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, Milli Məclisin deputatı Jalə Əliyeva və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da adları yer alır.

Açıqlanan sənədlərdə Jalə Əliyevanın adı ABŞ Konqres nümayəndə heyətinin Bakıda görüşəcəyi rəsmi şəxslər sırasında göstərilir. Məlumatlara görə, bu qeyd səfərin rəsmi proqramı çərçivəsində yer alıb. Hazırda sənədlərdə Jalə Əliyevanın Cefri Epşteynlə şəxsi və ya birbaşa əlaqəsinə dair konkret iddia və ya hüquqi fakt təqdim edilmir.
Ziya Məmmədovun adı isə həmin dövrdə keçirilən görüşlər və səfərin təşkilinə dair qeydlərdə çəkilir. Sənədlər və açıq mənbələrdə onun Epşteynlə birbaşa təması barədə açıq sübut yer almasa da, ABŞ nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı materiallarda sabiq nazirin adı kontekstual şəkildə qeyd olunur. Sənədlərdə Epşteynin bu səfərin təşkili və ya nümayəndə heyətinin formalaşdırılmasında birbaşa iştirak edib-etmədiyi açıq şəkildə göstərilmir.

Lakin HDİ rəhbərinin adı ilə Epşteyn yazışmalarında keçən adların üst-üstə düşməsi və institutun bu səfərdə əsas təşkilatçı kimi göstərilməsi müzakirələrə səbəb olub. Qeyd olunur ki, sənədlərdə adı keçən şəxslərin siyahısı ittiham və ya hüquqi məsuliyyət anlamına gəlmir və daha çox səfər proqramları, görüş qeydləri və təşkilati məlumatlar xarakteri daşıyır. Hazırkı mərhələdə bu adların sənədlərdə yer alması rəsmi ittiham kimi qiymətləndirilmir, lakin Epşteyn işi ətrafında açıqlanan materiallar fonunda məsələ ictimai diqqət mərkəzində qalmaqda davam edir./sfera.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












