Ərazidə həm "Parkovşik" var, həmdə BNA cərimə tərtib edir - AÇIQLAMA

Bakının bir çox ərazilərində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları canlı və ya şəhər kameraları vasitəsi ilə, avtomobillərə "Dayanma-durma" qaydalarına görə, qaydanı pozan sürücülərə cərimələr tərtib edirlər. Lakin çox hallarda sürücüləri çaşdıran vəziyyətlərlədə qarşılaşmaq olur. Beləki, Press.az-a müraciət edən vətəndaş bildirib ki, Azadlıq prospekti 20a ünvanında avtomobilini park etdiyi zaman ona parklanmada yardımcı olan guya xidməti əməkdaş hətta ondan dayanması üçün müəyyən məbləğdə ödənişdə alıb.
Sürücü avtomobilini park etdikdən sonra ödənişini edib rahat şəkildə piyada olaraq istədiyi əraziyə gedib. Və bir az zaman keçdikdən sonra anidən mobil telefonuna cərimələndiyi haqqında bildiriş gəlib. Geriyə qayıdan sürücü "parkovşik"-ə bu barədə sual etdikdə, "parkovşik" nə deyəcəyini bilməyib və susub.
Sürücü həmin ərazidə həqiqətəndə dayanmaq üçün qadağa olduğunu göstərən nişanın olduğunu görüb və diqqətsizlik etdiyindən yazılan cərimə ilə razılaşıb. Susqun halda dayanan "parkovşik"-lədə mübahisə etməyib yaranan vəziyyətin ictimailəşməsini və digər sürücülərində xəbərdar olmasını düşünərək müraciət edib. Sürücü həmçinin qeyd edib ki, bu kimi hal Bakı Dənizkənarı Parkı ətrafındada mövcuddur.
Bizlərdə guya xidməti əməkdaşdır kimi geyinən formalı "parkovşik"-lərə qarşı Bakı Nəqliyyat Agentliyinin hansı addımlar atdığını dəqiqləşdirmək məqsədi ilə, BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.
Mais Ağayev bildirdi ki, "parkovşik" dediyiniz şəxslərin sözünə etibar edib nəqliyyat vasitəsini qadağan olunan yerdə park etmək təbii inzibati məsuliyyət yaradır:
"Bu məsələ ilə bağlı biz dəfələrlə açıqlama verib bildirmişik ki, "parkovşik" dediyiniz şəxslərin fəaliyyəti qanunsuzdur. Ən biricisi ona görə qanunsuzdur ki, hələ parklanma yerlərinə görə ödənişlər təsdiq olunmayıb. Bununla bağlı BNA tərəfindən təkliflər hökumətə təqdim edilib. Bu şəxslərin fəaliyyəti ilə bağlı məsələyə gəldikdə bildirim ki, BNA bununla əlaqədar müvafiq qurumlara müraciət edib. Və bildirim ki, sürücülər nəqliyyat vasitəsini park edərkən mütləq şəkildə ərazidəki nişanların tələbini nəzərə alsınlar."- deyə M. Ağayev bildirib.


Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ










