Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər

Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub. Avtosfer.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov komitənin bugünkü iclasında belə təkliflə çıxış edib.
O qeyd edib ki, erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb:
"Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə buna yenidən baxaraq ya sərtləşdirək, ya da başqa formasını işləyib hazırlayaq?" Deputat həmçinin təklif edib ki, erkən yaşda qızların ərə verilməsinə meyilli olan bölgələrdə profilaktik tədbirlər aparılması üçün işlər görülməlidir.
Komitə sədri Hicran Hüseynova isə deputata cavabında vurğulayıb ki, bəhs olunan sahədə problemlər mövcuddur:
"Erkən nikah problemini müzakirə edib, qanunları sərtləşdirmək haqda düşünə bilərik".
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi












