"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA

İsrail hökuməti 1915-ci il hadisələrini rəsmi şəkildə “erməni soyqırımı” kimi tanıyan qərarı təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumata görə, müvafiq qətnamə Nazirlər Kabinetində yekdilliklə qəbul olunub. Bununla da İsrail sözügedən qondarma hadisələri rəsmi olaraq tanımış ölkələr sırasına qoşulub. İsrail höküməti erməni soyqırımını qebul edib. Bəs bundan sonra Azərbaycan İsrail münasibətlərində dəyişiklik olacaq?
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Avosfer.az-a açıqlamsında bildirib ki, Azərbaycanla İsrail arasında münasibətlərdə ciddi dəyişiklik gözlənilmir:

"Çünki iki ölkə arasında uzun illər ərzində formalaşmış strateji əməkdaşlıq mövcuddur və bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır. Bununla yanaşı, Türkiyə regionun aparıcı dövlətlərindən biri olmaqla yanaşı, qlobal miqyasda da iddialı xarici siyasət yürüdür. İsrail də Yaxın Şərqdə mühüm aktor kimi öz təhlükəsizlik və siyasi maraqlarını nəzərə alaraq fəaliyyət göstərir. Bu baxımdan, Ankara ilə Təl-Əviv arasında münasibətlər hər iki tərəf üçün əhəmiyyətini qoruyur. Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlaması da balanslı və ədalətli mövqeni əks etdirir. Rəsmi Bakı hesab edir ki, regionda baş verən proseslər qiymətləndirilərkən Azərbaycan amili və ölkənin maraqları da nəzərə alınmalıdır. Bu yanaşma Azərbaycanın regionda artan siyasi nüfuzunu və strateji əhəmiyyətini göstərir".
Politoloq qeyd edib ki, ümumilikdə, İsrail xarici siyasətini formalaşdırarkən Türkiyə ilə münasibətlərini də nəzərə almağa məcburdur. Eyni zamanda, Azərbaycanla mövcud strateji tərəfdaşlığın qorunması da İsrail üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən tərəflər arasında münasibətlərin qarşıdakı dövrdə də qarşılıqlı maraqlar çərçivəsində davam edəcəyi gözlənilir.
Fatimə Dadaşova
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












