Ermənilərin açdığı atəş nəticəsində həlak olan mülki şəxs dəfn olunub

Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində həlak olan ekskavatorun sürücüsü, mülki şəxs, 1958-ci il təvəllüdlü Abışov Səfərəli Ələkbər oğlu Masallı rayonunda dəfn olunub. O, bu gün doğulduğu Əmirtürbə kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə bildirilib ki, Səfərəli Abışov bu ilin aprel ayında sərhəd-döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. O, düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.
Qeyd edək ki, S.Abışov oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən onun ekskavatorunu atəşə tutub. Nəticədə o, aldığı güllə yarasından həlak olub.
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO












