Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO

Sentyabrın 12-si diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri zamanı xarici diplomatlara əvvəlki erməni muzey ekspozisiyasından qalan qeyri-adi və saxta eksponatları nümayiş etdirib.
Vitrinlərdə qədim əlyazmalar kimi təqdim olunan iri həcmli kitablar yerləşdirilmişdi. Lakin kitablar nəzərdən keçirilərkən məlum olub ki, onların yalnız ilk səhifələrində tərtibat və mətn var, kitabların əsas hissəsi isə tamamilə boş vərəqlərdən ibarətdir.
“Yalnız bir səhifədir, qalanı isə boşdur”, — deyə Hacıyev diplomatlar və jurnalistlər qarşısında kitablardan birinin səhifələrini çevirərkən bildirib.
Avtosfer.az xəbər verir ki, məsələnin bütün dünyanın gündəmini zəbt etməsi Ermənistanda da səs-küy yaratdı. Sosial şəbəkələrin erməni seqmentində ermənilər öz tarixçilərinin kitabları ilə videolar paylaşdı, saxta tarixlərini önlərinə sərib Hikmət Hacıyevin onların bütün tarixini ifşa etməsini yalanlamağa çalışdı.
Ermənilərin hələ də Qafqaz Albaniyasına, eləcə də Azərbaycanın tarixinə göz dikməsi Azərbaycanda da tarixçiləri hərəkətə keçirdi.
Ölkəmizin tarixçi alimi, tarix elmləri doktoru Həsən Həsənov Avtosfer.az-a müsahibəsi zamanı bildirdi ki, ermənilərin Azərbaycan tarixi ilə bağlı irəli sürdükləri iddialardan biri də budur ki, müasir Azərbaycan dövləti guya qədim Azərbaycanla eyni ada malik deyil və Azərbaycan adı sonradan yaranıb. Azərbaycan tarixinə qarşı müxtəlif fikirlər irəli sürüləndə çoxlu sayda mənbələr göstərilir. Amma sonradan tədqiqatçılar həmin mənbələri müxtəlif cür şərh edirlər. Ona görə də təkcə “bu tədqiqatçı belə yazıb” demək kifayət deyil. Əsas sual budur: o tədqiqatçı öz fikrini hansı mənbəyə əsaslandırır? O qeyd edib ki, Kür və Araz çayları yaranan Albaniya dövləti vaxtilə Atropatenanın əyaləti olub və sonradan İskəndərin Qafqaza yürüşündən qısa müddət sonra müstəqillik əldə edə bilib.
Tarxiçi Zaur Əliyev vurğulayıb ki, Qafqaz Albaniyasıyla bağlı Ermənistan tarixşünaslığının iddialarının hamısı saxta bir ittihamlar üzərində qurulub. Çünki ermənilərin əlində Qafqaz Albaniyasının onlara məxsus olmasını təsdiq edəcək heç bir ciddi sənəd yoxdur. Hətta Matendarandan tutmuş İrəvanda olan erməni kilsələrinin arxivləri, Ermənistanın milli arxivi, elmlər akademiyası və digərlərinin ciddi olaraq Qafqaz Albaniyasının onlara məxsus olmasın ki, onların Qafqazda varlıqlarını təsdiqləsin.
Olanlar da diplomatların Hikmət Hacıyevlə birlikdə Qarabağa səfər edən diplomatlara göstərilən həmin o kitablardır ki, içərisində yalnızca bir vərəq saxta xəritələr var. Sadəcə saxta kitablardır, saxta sənədlərdir.
Biz dəfələrlə ermənilərə sübut eləmişik və bu sənədlərin əsası qədim yunan, Roma, Azərbaycanın ərazisində tarixçi və səyyahların qeydlərindən ibarətdir. Hətta son bir neçə ildə əlimizə Çinin sənədləri keçib. Çingizxan dövrünə aid sənədlərdir, ondan da öncəsinə aid, yəni Göytürklərin dövrünə aid tarixi sübutlardan ibarətdir. Onların heç birində göstərmir ki, ermənilərin Azərbaycanda mövcudluğu olub.
Səfər
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO































