Ermənistan Hindistan "zibillər"inə böyük pullar verir - Gizli məlumat ortaya çıxdı

Ermənistanın hərbi yük daşımaları artıb. Altı ayda 39 reys edilib ki, onların 15-i Hindistanın payına düşüb. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, məlumata görə, 2026-cı ilin ilk altı ayında Ermənistana hərbi təyinatlı yüklərin daşınması üçün istifadə oluna bilən hərbi və mülki yük təyyarələri ilə ümumilikdə 39 reys həyata keçirilib.
Belə ki, aprel–iyun aylarında Hindistandan Ermənistana hərbi yüklərin daşındığı reyslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb. Daşımaların Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus İl-76TD təyyarələri ilə və İranın hava məkanı üzərindən həyata keçirildiyi iddia olunur.
Məlumata əsasən, ilin əvvəlindən iyunun sonunadək Ermənistana həyata keçirilən 39 reysin 15-i Hindistandan, 13-ü Rusiyadan, 4-ü İrandan, 2-si Belçikadan, hərəyə biri isə Almaniya, BƏƏ və Niderlanddan olub. Bu reyslərdən 23-nün İranın hava məkanından keçdiyi bildirilir.
Qeyd edilir ki, bu məlumatlar “Minval.az”ın etibarlı mənbələrdən əldə etdiyi informasiyaya əsaslanır. Ermənistan tərəfi isə bununla bağlı hələlik rəsmi açıqlama verməyib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












