Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH

Rusiyadan Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınmasının davam etməsi regionda nəqliyyat və iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Bu proses Azərbaycan–Ermənistan münasibətləri ilə yanaşı, ölkəmizin regional tranzit imkanlarının genişlənməsi baxımından da diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən həyata keçirilən tranzit daşımalarının artmasının regiondakı iqtisadi əlaqələrə və Azərbaycanın Cənubi Qafqazda nəqliyyat-logistika qovşağı kimi mövqeyinə təsiri müzakirə olunur. Bəs Rusiyadan Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınmasının davamlı xarakter alması regionda Azərbaycan–Ermənistan münasibətləri və iqtisadi əlaqələr baxımından nəyi göstərir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə yük daşımalarının davamlı xarakter alması bölgədə uzun illər mövcud olmuş gərginlik və qapalı sərhədlər dövrünün arxada qalmaqda olduğunu, tərəflər arasında iqtisadi maraqların təmas nöqtələrinin yarandığını və sülh gündəliyinin təmin edilməsi istiqamətində praqmatik addımların atıldığını nümayiş etdirir:

"Bu cür tranzit əlaqələrinin genişlənməsi regionda iqtisadi interqrasiya və qarşılıqlı etimad mühitinin güclənməsinə xidmət edir, çünki ticari münasibətlərin bərpası hər iki xalqın və dövlətin rifahına xidmət edən ortaq maraqlar formalaşdırır. Eyni zamanda, bu proseslərin uğurla davam etməsi Azərbaycanın Cənubi Qafqazda əsas tranzit və logistika qovşaqlarından birinə çevrilməsi mövqeyini daha da möhkəmləndirir, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu artırır və qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub xətlərinin kəsişməsində yerləşən strateji mövqeyini bu cür layihələr vasitəsilə daha da gücləndirərək bölgənin əsas iqtisadi və logistik mərkəzi kimi statusunu qəti şəkildə təsdiqləmiş olur".
Fatimə
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












