Eşitmə əngəlli sürücü qadın sərnişinə qorxunc anlar yaşatdı - Polis hərəkətə keçdi

Bakıda taksi sürücüsünün sərnişinə qarşı aqressiv davranışı ilə bağlı ciddi iddia səsləndirilib. Jurnalist Nigar Orucova yaşadığı hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edərək vətəndaş kimi dəstək istədiyini bildirib.
Avtosfer.az xəbər verir ki, jurnalistin sözlərinə görə, o, “Uber” tətbiqi vasitəsilə taksi sifariş edib. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd edilsə də, əvvəlki təcrübəsində bu cür sürücü ilə problem yaşamadığı üçün sifarişi ləğv etməyib. Avtomobilə əyləşdikdən sonra marşrutu telefonda yazaraq sürücüyə göstərib. Lakin sürücü oxuya bilmədiyini bildirib. Bu səbəbdən sərnişin avtomobildən düşmək qərarı verib.
Nigar Orucova qeyd edir ki, avtomobil hələ həyətlərindən çıxmadığı üçün ödəniş etməyib. Məhz bundan sonra sürücü onun arxasınca düşərək hücum etməyə cəhd göstərib. Yalnız həyətdə olan qonşuların müdaxiləsi nəticəsində hadisənin daha ağır nəticə almasının qarşısı alınıb. Jurnalistin sözlərinə görə, sürücü daha sonra telefonunu çıxararaq onun şəklini çəkib və ərazidən uzaqlaşıb.
Hadisə bununla da bitməyib. Şikayət etmək məqsədilə avtomobilin fotosunu çəkmək istəyən Nigar Orucova bildirir ki, bunu görən sürücü avtomobili yüksək sürətlə arxaya sürərək onun üzərinə istiqamətləndirib. Yalnız son anda yoldan kənara çəkilməklə xəsarət almaqdan xilas ola bilib.
Jurnalist vurğulayır ki, bu cür davranış nümayiş etdirən sürücülər potensial təhlükə mənbəyidir və istənilən an vətəndaşların həyat və sağlamlığına ciddi risk yarada bilərlər. O, bildirir ki, əgər həmin an ətrafda kömək edəcək insanlar olmasaydı, hadisə daha ağır nəticələnə bilərdi.
Qeyd edək ki, Nigar Orucovanın sözlərinə əsasən, sürücünün əl hərəkətləri ilə təhqir etdiyini əks etdirən fotoşəkillər də mövcuddur. O, aidiyyəti qurumlardan hadisənin araşdırılmasını və sürücü barəsində müvafiq tədbirlərin görülməsini xahiş edir.
***
Bir qədər əvvəl Nigar Orucova yeni paylaşım edib. Paylaşımda qeyd olunub ki, artıq sürücü saxlanılıb: "Başda cənab nazir olmaqla Daxili İşlər Nazirliyinin əməkdaşlarına, eləcə də Nizami Rayonu Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına səhər taksi sürücüsü ilə bağlı insidentə operativ reaksiya verdikləri üçün minnətdarlığımı bildirirəm. Sürücü artıq aşkarlanaraq 24-cü polis şöbəsinə çağırılıb, barəsində qanuna uyğun olaraq tədbirlər görülüb.
Kənardan bəlkə də yaşadığım adi görünə bilər. Əslində yaşadığım qorxunu sözlə izah edə bilmirəm. Adam aşkarlanandan sonra qorxum azaldı. Bir daha minnətdarlığımı bildirirəm".
Eltac Zülfüqaroğlu

Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










