“Euronews” AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc etdi

"Euronews”un saytında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc olunub.
Avtosfer.az xəbər verir ki, məqalədə Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb.
Yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsələdə Rusiyanın məsuliyyət daşıdığını təkidlə vurğulayıb və nəticədə Rusiya Prezidenti ölkəsinin faciədəki rolunu etiraf edib.
“Sözügedən hadisədə həlak olan pilotların qəhrəmanlığı daha çox insan tələfatının qarşısını aldı”, - yazıda deyilir.
Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri “Euronews”a verdikləri açıqlamada pilotların müraciətinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində uçmağa məcbur olduğunu deyiblər.
“Hadisədən təxminən bir il sonra, Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib, kompensasiya təklif edilib”, - yazıda qeyd olunub.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












