Ev telefonlarının sonu: Gələcəkdə zəng və nitq mədəniyyəti itəcək? - EKSPERTDƏN AÇIQLAMA

Bir zamanlar hər evdə ev telefonunun zəngi eşidilərdi. Bu səs yalnız texniki bir siqnal deyil, ailəni bir araya gətirən, ünsiyyəti canlandıran bir çağırış idi. Bu gün isə həmin zəng səsi demək olar ki, azalıb. Ev telefonları istifadədən çıxıb, telefonla danışmaq isə tədricən nadir hala çevrilib. Bu dəyişiklik bir tərəfdən texnologiyanın inkişafını göstərir, eyni zamanda insanlar ünsiyyət formalarını yenidən tənzimləyirlər.
Ev telefonlarının yoxa çıxması ilk baxışdan təəssürat yaratdığı kimi ciddi sosial problem kimi görünə bilər. Mobil telefonlar, internet və mesajlaşma tətbiqləri daha sürətli və rahatdır və insanlar artıq səsli ünsiyyət əvəzinə yazmağa üstünlük verirlər. Lakin bu, zəruri olaraq ailəvi və sosial ünsiyyətin tam itməsi demək deyil. İnsanlar yeni texnologiyalar vasitəsilə fərqli, lakin effektiv yollarla əlaqədə qalırlar. Ancaq maraqlıdır ki, gələcəkdə telefon zəngləri tamamilə yoxa çıxa bilərmi və cəmiyyətdə nitq mədəniyyəti sıradan çıxa bilərmi?

Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Avtosfer.az-a bildirib ki, ev telefonundan istifadənin azalması və tədricən imtina təbii bir prosesdir və texnologiyaların, yəni mobil smartfonların inkişafının nəticəsidir:
“İndi, istər gənc, istər yeniyetimələr, istərsə də yaşlı və orta nəsil demək olar ki, əksəriyyət smartfonlardan, mobil telefonlardan istifadə edir və hətta yaş fərqindən asılı olmayaraq, insanlar yeni texnologiyaların, istifadə olunmuş telefonların ən yaxşısına, ən bahalısına, ən dəbdə olanına meyillidirlər. Bu, təbii bir prosesdir və düşünürəm ki, burada ev telefonundan istifadənin tamamilə dayandırılması söhbəti getmir, çünki hər halda ev telefonları daha çox Wi-Fi sistemi vasitəsilə müəyyən texnoloji üstünlükləri təmin edir, internet xəttini təmin etməkdə əsas vasitələrdən biri olaraq qalır. Buna görə də ev telefonlarının sıradan çıxmasından danışmaq düzgün olmaz”.
Sosioloq ev telefonlarından tədricən imtina edilməsinin tərəfdarı olduğunu deyib:
“Çünki yeni telefonlar və texnologiyalar insanların real məkanını anında təyin etməyə imkan verir və bunun üçün evdə olub-olmaması önəmli deyil. İnsanlar dərk edirlər ki, yeni texnologiyalar onlara dünyanın istənilən nöqtəsində, istənilən yerinə maneəsiz, ucuz və rahat əlaqə yaratmaq imkanı verir. Sadəcə kütləvi istifadədə ev telefonları artıq önəmli deyil və daşınar telefonlar stasionar telefonlardan üstün olduğu üçün ev telefonlarının əvvəlki funksiyası və kütləvliyi tədricən azalır. Amma müəyyən idarə və müəssisələrdə ev telefonları hələ də istifadə olunur və buna görə cəmiyyətdə problem yaratmır”.
Nurcan Babək
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












