“Əxlaqsızlığa” görə kəsdikləri interneti aeroporta görə açdılar

Əfqanıstanda bir neçə gün əvvəl kəsilmiş internet bərpa olunub.
Avtosfer.az xəbər verir ki, əvvəlcə Qəndahar əyalətində, ardınca isə bütün ölkədə dini liderin tələbi əsasında İnternet kəsilmişdi. NetBlocks təşkilatı sentyabrın 29-u axşamdan etibarən ölkədə İnternetin bütünlüklə dayandığını elan etmişdi.
Bundan bir neçə gün əvvəl isə Qəndaharın tanınmış mollalarından biri internetin “əxlaqsızlıqla mübarizə” məqsədi ilə söndürüldüyünü açıqlamışdı.
Lakin bu arxaik davranışın tərəfdarları müasir texnologiya qarşısında geri çəkilməli olublar. İnternet kəsildiyi üçün banklar və aeroportların işində ciddi ləngimələr yaranıb. Dövlət qurumlarının xidmətində fasilələr baş verib.
Beynəlxalq yükdaşımalarda ciddi ləngimələr qeydə alınıb. Hava yolu ilə humanitar yardımların gəlməsi dayanıb. Ölkə dünyadan təcrid olunub.
Rəsmi Taliban hökuməti məsələni şərh etmir. “Əxlaqsızlıqla mübarizə” aparanlar da İnternetin bərpasına etiraz səslərini çıxarmırlar.
Vüqar Yaşaroğlu
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












