Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ

“Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib”. Bu sözləri Milli Məclisin deputatı Fazil Musfafa öz Facebook hesabında yazıb. “İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq”.
“Məni narahat edən sadəcə bir elmler doktorunun,Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı "selfi" çəkdirmək kimi dəyərləndirməsidir” – deyə F.Mustafa fikirlərinə əlavə edib: “Görünür hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsınde Milli Məclisin nüfuzu aşağı salınır”.
Xatırladaq ki, Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib:
“Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura "selfi" çəkmək yeri deyil. Bura qanunverici orqandır”.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












