Fəallar 40-a yaxın lüks avtomobilə ziyan vurdular

Almaniyada “Rocks in the Gearbox” (“Sürət qutusundakı daşlar”) təşkilatının bir qrup “yaşıl” fəalı, Frankfurt avtosalonunda sərgilənəcək təxminən 40-a yaxın lüks, “Jaguar”, “Land Rover” və “Aston Martin” markalarının avtomobillərinə zərər vurublar.
Avtosfer.az “Autonews.ru”ya istinadən xəbər verir ki, insident Visbaden şəhərində mərkəzi diler avtodayanacağında baş verib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Polisin məlumatına görə, fəallar maşınların şüşələrini sındırıb, kuzov elementlərini də zədələyiblər. Onlar çəkic və digər dəmir metal əşyalardan istifadə ediblər. Bundan sonra onlar manifestlə çıxış edərək öz məqsədlərini çatdırıblar. “İki həftədən sonra Frankfurt avtosalon sərgisinə start veriləcək. Bu “ŞOU” köhnəlmiş və iqlimi öldürən nəqliyyat vasitələrini təbliğ edir. Biz bu tədbiri ifşa etmək niyyətindəyik. Əslində, bu, kasıb və gələcək nəsillərin istismarı ilə qazanc əldə etməkdir”, - “Rocks in the Gearbox”un bəyanatında qeyd edilir.
Bu açıqlamadan sonra bir neçə ekoloji qrup sentyabrın 14-nə planlaşdırılan etiraz aksiyalarına qoşulmaq niyyətlərini açıqlayıblar.
Avtosalonun təşkilatçıları öz növbəsində təhlükəsizlik təbirlərinin gücləndiriləcəyini söyləyiblər.
Namiq Musayev
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











