Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?

Bakıda ictimai nəqliyyatın əsas problemlərindən biri sərnişin axınının böyük ölçüdə avtobus və metro nəqliyyatının üzərində cəmləşməsidir. Alternativ ictimai nəqliyyat növlərinin tətbiqi və mövcud imkanların inkişaf etdirilməsi sərnişin sıxlığının və şəxsi avtomobillərdən asılılığın azalmasına təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “Bakı Gündəliyi” səhifəsində paylaşım edilib.
Paylaşımda qeyd olunur ki, Bakının nəqliyyat problemini yalnız şəhər daxilində həyata keçirilən tədbirlərlə həll etmək mümkün deyil. Bakı ilə Abşeron, eləcə də digər ərazilər arasında hər gün formalaşan sərnişin axınının tənzimlənməsi də nəqliyyat siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır.
Bildirilir ki, paytaxtda yaranan nəqliyyat sıxlığının səbəbləri yalnız yol və nəqliyyat infrastrukturunun imkanları ilə bağlı deyil. Bakının ölkənin iqtisadi, inzibati, təhsil və xidmət funksiyalarının böyük hissəsini özündə cəmləşdirməsi də şəhərə gündəlik nəqliyyat yükünü artıran amillər sırasında göstərilir.
Bu baxımdan problemin həlli yalnız yeni yolların və nəqliyyat infrastrukturunun inşası ilə məhdudlaşmır. Regionlarda iş, təhsil və xidmət imkanlarının genişləndirilməsi, eləcə də Bakı ilə ətraf ərazilər arasında alternativ nəqliyyat bağlantılarının inkişaf etdirilməsi şəhərin nəqliyyat yükünün bölüşdürülməsinə təsir edə bilər.
Qeyd edək ki, Bakının Baş Planında 2040-cı ildə hər 1000 nəfərə 340 şəxsi avtomobil düşəcəyi proqnozlaşdırılıb. 2020-ci ildə isə bu göstərici 226 avtomobil təşkil edib.
Bu göstəricilər qarşıdakı illərdə şəxsi avtomobillərin sayının artması fonunda ictimai nəqliyyatın inkişafı və şəhər üzrə nəqliyyat axınlarının daha səmərəli təşkili məsələsini aktuallaşdırır.
Eltac Zülfüqaroğlu
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi












