Fərman Ceyranlının adı keçən məhkəmədə böyrək alan şəxslər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Sevil Səfərli qeyd edib ki, oğlu Vüsal Səfərli böyrək çatışmazlığından əziyyət çəkib: "Oğlum dəfələrlə komaya düşmüşdü. Vəziyyəti çox pis idi. Məni Vahiblə tanış etdilər. O mənə böyrək tapa biləcəyini dedi. .Xudadatov böyrək tapmaqda və əməliyyat işlərində köməklik etdi, onu yenidən həyata qaytardıq. 12500 dollar pul verdik və əməliyyat Gürcüstanda oldu. Məbləğin 500 dolları Vahaba zəhmət haqqı olaraq çatıb”.
Prosesdə şahid qismində dindirilən Əli Nuriyev də oğlunun böyrək problemi olduğunu deyib: “2015-ci ildə Vahab mənə böyrək tapmaqda və Tbilisidə əməliyyat etdirməkdə kömək edib. Böyrəyi Rüstəm adlı şəxsdən aldıq. 15 min manat pul ödədik. Əməliyyat normal keçdi. Lakin uşağının böyrəyində yenə də problem yarandı, hazırda dializ xəstəsidir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ə.Nuriyevin ödədiyi pulu donora və həkimlərə verib, özünə isə zəhmət haqqı olaraq 1000 manat çatıb.
Proses sentyabrın 9-da davam edəcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub. Böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən “Lancet” tibb mərkəzinin rəhbəri Fərman Ceyranlı və İran vətəndaşı, cərrah Mohsen Tahiri İntepol xətti ilə beynəlxalq axtarışa verilib.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










