FHN: Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir

Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən, 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nömrəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb. Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 9 oktyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gəminin bortuna götürülüblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib. Üzmə heyətinin digər üzvü Neftçala rayonunun sakini 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










