Ford avtomobilləri smartfona kabelsiz birləşəcək - FOTO

Ford şirkəti yeni nəsil SYNC 4 multimedia kompleksini təqdim edib. Yeni sistem gələn ildən başlayaraq markanın bütün avtomobillərində tətbiq ediləcəkdir. Əsas yenilik - smartfon Apple CarPlay və Android Auto tətbiqlərinin köməkliyi ilə multimedia sisteminə kabel olmadan birləşəcəkdir. Avtosfer.az autograph.az-a istinadən bildirir ki, SYNC texnologiyası Ford avtomobilinin sahibinə istismar kitabçasını vərəqləmək və özü ilə kabel daşılmaq məcburiyyətini aradan qaldırıb. Artıq multimedia sistemində istismar kitabçasının elektron surəti vardır və onun məlumatlarını ekrana çıxarmaq olar. Bulud texnologiyaları sistemi hava ilə (Over the Air,OTA) yeniləməyə imkan verir. Elektron kitab funksiyası yarım ildən sonra əlçatan olmalıdır. SYNC 4 kompleksinin naviqasiysa sistemi yoldakı vəziyyət haqqında məlumatı real vaxt rejimində təqdim edir, səslə idarəetmə funksiyası isə təkcə əvvəlcədən yazılmış komandaları deyil, həmçinin təbii komandaları da tanıyır. Yeni sistem bütün ölçüdə olan displeylərlə - əlçatan 8-düymlükdən başlamış 15,5-düymlüyə qədər təklif ediləcəkdir.



İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












