FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - Aqil Abbas

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
O baş verən hadisəni vəhşilik adlanıdırıb:
“Heç Amerikada zəncilərə o cür vəhşilik edilməyib. Ümumiyyətlə etniklərə münasibətdə vəhşidirlər. Söhbət sadəcə azərbaycanlılardan getmir, başqa xalqlara da eyni menasibəti bəsləyirlər. Keçirdikləri əməliyyat tamamilə qanunsuzdur. Heç bir məhkəmə qərarı olmadan evə girmək və bu cür vəhşilik etmək insanlıqdan kənardır. O evdə atom bombası vardı? Lənətlənməli hərəkətdir. İnsan hadisəni düşünəndə qanı donur. Öldürülən şəxslər tanıdığım insanlar idi. Dünyada Rusiya ilə münasibət saxlayan heç kim qalmayıb, biz və özbəklərdən başqa. Biz də olmasaq, ortada “bayquş” kimi qalacaq. Hər gün hamı ilə vuruşur. Amma bu dərəcədə vəhşilik yerdə qalmamalıdır. Yəqin Rusiya bunun cavabını verəcək”.
Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












