"Gecə reyslərinin təhlükəsizliyinə çox diqqətlə yanaşılmalıdır" - Ərşad Hüseynov

"Şəhərlərarası avtobuslarla gecə reyslərinin bərpası bütövlükdə zərurətdən irəli gəlir. Məsələ burasındadır ki, ölkənin müxtəlif istiqamətlərinə, xüsusən də nisbətən böyük şəhərlərə və sərhəd keçid məntəqələrinə doğru gecələr də sərnişin axınları var."
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, həmin sərnişinləri mikroavtobuslar, habelə minivenlərlə və adi minik avtomobilləri ilə taksi xidməti göstərənlər daşıyırlar. "Belə nəqliyyat vasitələrinin bəzilərinin texniki vəziyyəti və sürücülərinin təhlükəsizlik qaydalarına əməl etməsi isə ürəkaçan deyil. Ona görə də hərdən çox ağır – bir neçə adamın ölməsi ilə nəticələnən hadisələr də olur. Peşəkar sürücwlərin idarə etdiyi müasir avtobuslar isə daha təhlükəsiz olar…
Lakin gecə reyslərinin təhlükəsizliyinə çox diqqətlə yanaşılmalıdır. Heyətdə olan hər iki sürücü ən peşəkarlardan seçilməli və yaxşı təlimatlandırılmalıdır. Nəzərə alınmalıdır ki, şəhərlərarası yollarımızda gecə işıqlandırmasının olmamsı, bəzən yük avtomobillərinin çox olması, yuxulayan sürücülərin ola bilməsi hərəkət şəraitini ciddi surətdə mürəkkəbləşdirir. Hər bir halda yollarda gecə vaxtı hərəkət daha risklidir. Gecə reysinə buraxılan avtobuslara xüsusi sürət rejimi də tətbiq edilməli, sürücülərin buna riayət etməsinə ciddi nəzarət (GPS-lə, taxoqrafla və s.) olmalıdır. Məsələn, Bakı-Gəncə marşrutu ilə avtobusun gecə vaxtı hətta 90 km/saat-la hərəkəti də kifayət qədər təhlükəlidir."
Orxan
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO












