Gecə saatlarında paytaxtda sarı zolaqların çəkilişinə başlanılıb - VİDEO

Paytaxtın Ziya Bünyadov prospekti ötən gecə bağlanıb. Avtosfer.az APA-yua istinadən xəbər verir ki, keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar yollara yenidən sarı zolaqlar çəkilir. Bu işlər əsasən gecə saatlarında aparılacaq. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev APA-nın müxbirinə verdiyi müsahibədə bildirib ki, bu zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. İlk “Sarı zolağın” çəkilişinə bu axşam saat 00:00 da Ziya Bünyadov prospektində başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qoyulub. Müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq edilib. Bu işlərin 3 gün ərzində yekunlaşması nəzərdə tutulub.
Qeyd edək ki, sarı zolaqlar ümumilikdə 12 küçə və prospektdə çəkiləcək.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











