Gəmidən külli miqdarda tekstil məmulatları aşkarlanıb

Azərbaycan gömrükçüləri külli miqdarda tekstil məmulatlarının gömrük orqanına düzgün bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq dəniz ticarət limanı" gömrük postuna Türkmənistandan tekstil məmulatlarının yükləndiyi "Fikrət Əmirov" adlı gəmi daxil olub. Türkmənistan istehsalı olan 1853 kq çəkidə 15.000 kv.metr və 3000 kq çəkidə 20.000 kv.metr həcmdə tekstil məmulatları "Arçın KM" MMC-nin ünvanına göndərilib.
"Arçın KM" MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb. Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq - 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17.000 kv.metr bez parçası malları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












