Gəmilərin limanlara giriş-çıxışında çətinliklər mövcuddur - ASCO

Hazırda davam edən qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır və bu, yükdaşımalarda gecikmələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev məlumat verib. O, Kurık limanında Azərbaycana göndərilməsini gözləyən avtomobillərlə bağlı vəziyyəti şərh edərkən bildirib ki, ASCO donanmasında mövcud tələbatı qarşılamaq üçün kifayət qədər bərə gəmisi mövcuddur.
“Əsas çətinlik mövsümi hava şəraitindən qaynaqlanır. Hazırkı qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında problemlər yaradır və nəticədə gecikmələrə səbəb olur. Vəziyyət diqqətlə izlənilir və hava şəraiti imkan verdikcə operativ şəkildə yükləmə-boşaltma əməliyyatları həyata keçiriləcək”, – deyə M.Mehdiyev əlavə edib.
Xatırladaq ki, Qazaxıstanın Manqistau vilayətindəki Kurık limanında Azərbaycana göndərilməsini gözləyən təxminən 1 000 avtomobil yığılıb. Qazaxıstan KİV-lərinin məlumatına görə, noyabr-dekabr aylarında limanın təxminən 50 %-i hava şəraiti səbəbindən bağlı olur. Digər amil isə maşınların sayının artmasıdır. Qazaxıstanın Nəqliyyat Nazirliyinin dəstəyi ilə bütün Azərbaycan bərələrinin Manqistau istiqamətinə yönləndirilməsi barədə razılıq əldə edilib.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












