Gəncədə qadını öldürən sürücünün məhkəməsi başlayır

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən sürücü Turqut Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, məlum qəza hadisəsi bu il mayın 16-da Gəncədə baş verib. Samux rayon sakini, 1992-ci il təvəllüdlü Turqut Əlizadə idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən qadını vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. T. Əlizadəyə Cinayət Məcəlləsinin 263-1.3-cü ( yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə ittiham verilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












