Gənclər bizim gələcəyimizdir

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.Vurğun adına 5 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında görüş keçirilib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi neqativ hallardan danışan rəis bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.
Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov ölkəmizdə dinin dövlətdən ayrı olduğu, hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığı barədə məktəblilərə ətraflı məlumat verib.
Təhsil müəssisəsinin direktoru Zərxanım Əhmədova erkən nikahın fəsadları barəsində gəncləri məlumatlandırıb. Əvvəllər belə hallara daha çox rast gəlindiyini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğu diqqətə çatdırılıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildirib.
Sonda isə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda şagirdlərin əl işlərindən ibarət sərgi və müxtəlif bədii kompozisiyalar nümayiş olunub.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












