Gəncləri bu bəladan qorumaq lazımdır

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Yevlax RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib. Bildirib ki, bu bəla ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir. Həmçinin dini radikalizm mövzusuna toxunan E. Mehdiyev ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını deyərək, bu gün İslam adı ilə bəzi qüvvələrın öz siyasi, yaxud digər maraqları üçün gənclərdən istifadə etdiklərini, onları xurafata, cəhalətə sürüklədiyini bildirib.
Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb. Qeyd edib ki, müasir dünyada narkomaniyanın daha çox narahatlıq doğurduğunu, bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bildiyini deyib.
Məktəbin direktoru Xoşbəxt Nəsibova erkən nikahın fəsadlarından bəhs edib. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Gültən
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB














