Gəncləri bu bəladan qoruyaq

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bəyimsarov kənd tam orta məktəbində “Norkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib. Bildirib ki, narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir. Həmçinin dini radikalizm mövzusuna toxunan E. Qasımov ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib. Bu gün İslam bayrağı altında bəzi qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində gənclərdən istifadə edərək onları xurafata, cəhalətə sürüklədiyi barədə xəbərdar edib.
Məktəbin direktoru Elşən İsayev hər bir yeniyetməni, gənci narkomaniyaya yox deməyə çağırıb. Qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniya ön sıralarda dayanır və bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər.
Rayon Təhsil Şöbəsinin psixoloqu Gülxar Abbasova erkən nikahın fəsadlarından bəhs edib. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO















