Generalın qohumu məhkəmə qarşısında

Nərimanov Rayon Məhkəməsində Bakıda silahlı insident törətməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib. Cinayət işində dörd zərərçəkmiş var. Hadisə bu ilin may ayında axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb. Məlumata görə, Bakı sakini Əzizov İsa Nadir oğlu və yanında olan digər şəxslər bir neçə nəfərə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb. İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz silah saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb. Hadisənin digər iştirakçıları ilə bağlı cinayət işləri ayrıca icraatda araşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












