Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür - Hikmət Hacıyev

"Hazırda dörd dənizi əhatə edən genişmiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə Ermənistanın da tranzit ölkə kimi prosesə qoşulması mümkündür".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
O qeyd edib ki, Azərbaycandakı enerji resurslarının Avropaya nəqli istiqamətində mühüm addımlar atılır və eyni zamanda, Orta Asiya ölkələri ilə də enerji əməkdaşlığı üzrə danışıqlar davam edir:
"Enerji dəhlizləri və boru kəmərləri kontekstində region tranzit mərkəzi rolunu oynayır. Bu sahədə Azərbaycan, xüsusilə, böyük və əhəmiyyətli rol oynayır".
H.Hacıyev vurğulayıb ki, Azərbaycan sülhün nə demək olduğunu yalnız nəzəri olaraq deyil, praktik olaraq da görmək niyyətindədir.
"Qafqazda biz uzun illər sülhün nə olduğunu tam şəkildə yaşamamışıq. Məhz buna görə də sülhü qurmaq, onu hiss etmək və davamlı hala gətirmək istəyirik", - o deyib.
H.Hacıyev bəyan edib ki, keçmişi geridə qoyaraq gələcəyə baxmaq vacibdir:
"Azərbaycan Qafqazda geosiyasi rolunu daha da gücləndirmək niyyətindədir. Bu gün Qafqazda sülhə doğru real addımlar atılır. Biz bu prosesin düzgün istiqamətdə irəlilədiyinə və uzunmüddətli olacağına ümid edirik".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












