Girovluqda adam qoyaraq ölkəyə satmaq məqsədi ilə heroin gətirdilər - FOTO

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib və onlardan ümumilikdə 1 kiloqram yaxın heroin aşkar edilib. Belə ki, daxil olan məlumat əsasında rayon sakini Ehtibar Məmmədov yaşadığı Ə.Cavad küçəsində saxlanılıb. Onun evinə baxış zamanı su borusunun içərisində gizlətdiyi 304,210 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Məmmədovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən Cələlabad rayon sakinləri Əyyub Şükürov və Rəşad Yusubov da tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, qrup üzvləri aralarındakı rol bölgüsünə əsasən İrandan Azərbaycana satmaq niyyəti ilə narkotik vasitə gətiriblər. Onlar şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə razılığa gələrək Ə.Şükürovu həmin şəxslərin yanında girov qoyub külli miqdarda heroin əldə ediblər. E.Şükürov orada qalandan sonra digər iki nəfər narkotik vasitəni Bakı-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində götürərək R.Yusubovun avtomobili ilə Cəlilabad rayonuna gətiriblər.
E.Məmmədov və R.Yusubov əldə etdikləri narkotik vasitəninin bir qismini Cəlilabad rayonunda qabaqcadan razılığa gəldikləri Qismət Hüseynov və Mirzağa Əzizova 15500 manata satmaq isdəyən zaman isə sonuncular pulu ödəməkdən imtina ediblər. Onlar tapançaya oxşar predmetlə və bıçaqla hədələməklə Ehtibar Məmmədova zor tərəbiq edib xəsarət yetirməklə quldurluq yolu ilə külli miqdarda narkotik vasitəni talayıb aparıblar. Qeyd edək ki, narkotik vasitələri talayaraq əldə edən Q.Hüseynov və M. Əzizov da saxlanılaraq istintaqa təqdim ediliblər. M.Əzizovun Səbail rayonunda yaşadığı evdən quldurluq yolu ilə talayıb götürdükləri 580,850 qram heroin aşkar edilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) 234.4.3 (külli miqdarda törədildikdə), 235.4.2 (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə, külli miqdarda törədildikdə) və 235.4.3 (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.
Emin
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA




















