Gizli silah emalatxanaları aşkar edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları gizli fəaliyyət göstərən 10 silah emalatxanası aşkar ediblər və odlu silah istehsalı ilə qanunsuz məşğul olan şəxslər saxlanılıb. Avtosfer.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində odlu silahlar hazırlayan və onları Rusiyanın digər subyektlərində satan Kursk vilayətinin sakinlərindən ibarət cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb. Silahların modernləşdirilməsi və patronların istehsalı üzrə gizli fəaliyyət göstərən 10 emalatxana aşkar olunub, oradan peşəkar səviyyədə silah buraxan avadanlıqlar müsadirə edilib.
FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi həmin emalatxanalardan 92 ədəd odlu silah, o cümlədən iki ədəd RPK, ZB-30 pulemyotları, "Kalaşnikov” avtomatları və "Makarov” tapançaları, digər silah-sursat götürüldüyünü bildirib. Bundan başqa, 400 ədəd silahın əsas hissələri, 4,4 min patron da müsadirə olunub. Qeyd olunub ki, paralel olaraq silah alıcılarının olduğu Rusiyanın digər regionlarında da axtarış-əməliyyat tədbirləri həyata keçirilir.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











