“Gömrükçü” klubunun çerlidinq üzrə açıq turniri keçirilib - FOTO

Bu yaxınlarda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Texniki Universitetinin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” klubunun çerlidinq üzrə açıq turniri keçirilib. Yarışda 6 komandadan 300-dən artıq idmançı mübarizə aparıb.
Uşaqlar və yeniyetmələrin mübarizə apardıqları birincilikdə idmançılar çir pom fristayl, çir caz, çir şou, çir dans növlərində qüvvələrini sınayıblar.
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçiləri üçün də bu yarış uğurlu olub.
Turnirdə iştirak edən gimnastlarımız öz bacarıqlarını nümayiş etdirib, böyük ustalıqla ən çətin hərəkətləri yerinə yetiriblər.
Yekuna görə bu yarışda təmsilçilərimizdən yeniyetmələr arasında çir pom fristayl üzrə Mədinə Həsənli və Ramina Vəlixanlı bürünc medallar qazanıblar.
Uşaqlar arasında isə Zümrüd Məmmədova və Yasmin Əliyeva çir pom fristayl üzrə qızıl, çir caz üzrə isə bürünc medallar qazanıblar.
Komandamızı bu yarışa Azərbaycan Çerlidinq Federasiyasının Prezidenti, əməkdar məşqçi, idman ustası Alla Vlasova hazırlayıb.
Azərbaycan Çerlidinq Federasiyasının prezidenti Alla Vlasova belə yarışların təşkilinin gənclərin sağlamlığı, çerlidinq idmanının inkişafı baxımından böyük əhəmiyyət daşıdığını deyib. O, qısa zamanda bu idman növündə kütləviliyin təmin olunduğunu bildirərək, atletlərin gələcəkdə ölkəmizi Avropa və dünya çempionatlarında layiqincə təmsil edəcəklərinə inandığını bildirib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarış final qarşılaşmaları ilə davam etdirilib. Turnirdə komanda hesabında “Gömrükçü” birinci, “Sərhədçi” ikinci, “Abşeron” üçüncü pillədə qərarlaşıblar.
Yarışda ilk üç yeri tutan idmançılar “Gömrükçü” idman klubu tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti















