Goranboyda 16 yaşlı qızı qaçıran şəxslər tutulub - FOTO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınlarına bildirliblər ki, övladları sabah onlara qaytarılacaq.
***11:58
Sentyabr 17-də Goranboyda 16 yaşlı qızın qaçırılmasında istifadə olunan avtomobil və sürücü saxlanılıb. Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yaşlı qızın qaçırılmasında iştirak edən, rayon sakini Bayramov İlqar Ələmşah oğlu idarə etdiyi “Mercedes” markalı, 22 BH 414 dövlət nömrə nişanlı avtomobilə ilə birlikdə saxlanılıb. Hazırda yeniyetmə qızı qaçıran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləri tərəfindən qaçırılıb.
Məlumata görə, yeniyetmə qızı fiziki qüsurlu şəxslə evləndirmək məqsədi ilə qaçırıblar.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI













