Goranboyda 35 yaşlı qadının döyülməsilə bağlı 3 nəfər polisə çağırıldı

Goranboy rayonunda qadına işgəncə verilməsi ilə bağlı yayılan məlumatın təfərrüatı məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə rayonun Əlirzalı kənd Bələdiyyəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Əlirzalı kəndi ərazisində baş verib. Kənd sakini Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək atları geri qaytarmaq istəyib. Həmin vaxt S.Ələkbərova ilə qonşu qadın arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Nəticədə qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döyərək küçəyə atıb. Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Məlumatda deyilir ki, S. Ələkbərovanı döyərək xəsarət yetirən 3 nəfər polisə çağırılıb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu gün səhər saatlarında rayonun Əlirzalı kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə nəticəsində onun qonşuları tərəfindən ata bağlanaraq sürüdülməsi barədə mətbuatda məlumat yayılıb.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











