Goranboyda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 24-də Goran-Naftalan avtomobil yolununun 6-cı kilometrliyində baş verib. Belə ki, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü Samir Nuriyev idarə etdiyi “Renault Megane” markalı avtomobillə Naftalan rayon istiqamətində hərəkətdə olan zaman piyada, rayonun Qızılhacılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rauf Həsənovu vuraraq öldürüb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












