Göyçayda evdən 4900 dollar oğurlanıb

Oktyabrın 8-də Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən 4900 ABŞ dollarının oğurlanması barədə məlumat verib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb. İlkin ifadəsində o, törətmiş olduğu cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün xərclədiyini bildirib. Faktla bağlı E.Vahidov barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












