Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə noyabrın 27-də rayonun Bərgüşad yolunda baş verib. Belə ki, Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü Elxan Şamilov qonşusunun “VAZ-21074” markalı avtomobilini etibarnamə ilə idarə edən zaman yolda idarəetməni itirib və avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini, 1996-cı il təvəllüdlü Ruslan Ramiz oğlu Rüstəmov xəsarət alıb. Daha sonra yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ölüb. Həmçinin sürücü E.Şirinov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil edilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











