“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...

ABŞ-da “Green Card” almaq istəyənlər üçün qaydalar sərtləşdirilir. “The New York Times”ın yaydığı məlumata görə, Tramp administrasiyası müraciət edən şəxslərin sosial şəbəkə fəaliyyətini və siyasi baxışlarını daha ciddi şəkildə yoxlamağa başlayıb. Xüsusilə İsrail və Fələstinlə bağlı paylaşımların diqqət mərkəzində olduğu bildirilir.
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli “Green Card”la bağlı mümkün sərtləşmənin miqrasiyanın zəifləməsinə səbəb olacağını deyib:
“Çünki hər il dünya üzrə on minlərlə insan “Green Card” qazanmaq üçün müraciət edir. Tramp administrasiyasının miqrantlara münasibəti fərqlidir və daha çox miqrant qəbuluna isti yanaşmır. Ümumiyyətlə, Avropada da miqrantlara münasibətin dəyişdiyini müşahidə edirik. Bu baxımdan “Green Card” proqramının ləğvi və ya qaydalarının sərtləşdirilməsi həm müraciətlərin sayına, həm də müraciətlərə verilən müsbət cavabların statistikasına ciddi təsir göstərə bilər. Nəticədə, göstəricilərin kəskin azalacağı ehtimal olunur”.
N.Cəfərlinin fikrincə, ümumi mənada bu məsələ miqrasiya siyasətinin tərkib hissəsidir və Respublikaçılarla Demokratlar arasında bu sahəyə yanaşmada ciddi fərqlər mövcuddur:
“Demokratlar adətən miqrantlara qarşı daha yumşaq siyasət yürütməyə və onların ABŞ-a gəlməsini təşviq etməyə çalışırlar. Bunun əsas səbəblərindən biri də miqrantların daha çox demokratlara səs verməsi ilə bağlı formalaşmış siyasi yanaşmadır. Demokratlar hakimiyyətdə olduqları dövrdə miqrantlara daha çox sosial dəstək və imkan təqdim edirlər. Respublikaçılar isə ideoloji baxımdan miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarıdırlar. Donald Trampın atdığı addımlar da təkcə şəxsi mövqedən deyil, ümumilikdə Respublikaçılar Partiyasının siyasətindən qaynaqlanır. Buna görə də gələcəkdə bu xəttin davam etdirilməsi mümkündür. Yəni “Green Card” proqramı ilə bağlı daha sərt qaydaların tətbiqi təkcə müvəqqəti deyil, uzunmüddətli siyasətin bir hissəsinə çevrilə bilər”.
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












